Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Məhkəmə Obama administrasiyasının şikayətini təmin etməyib


Birləşmiş Ştatlar məhkəməsi Meksika körfəzində qazıma işlərinə qadağanı qəbul etməyib.

Məhkəmə Obama administrasiyasının apelyasiya şikayətinin təmin etməyib. Birinci instansiya məhkəməsi hökumətin moratorium tətbiq etmək üçün inandırıcı əsaslarının olmadığını bildirib.

Ağ Ev isə yeni quyularda qazıma işlərini dayandırmaq istəyir, bunun üçün moratorium qoymuşdu. Hökumət hazırda Meksika körfəzində British Petroleumun platformasında baş verən qəzanı araşdırır. Bu qəza ABŞ tarixində ən böyük ekoloji fəlakət hesab olunur.

Bu arada Yeni Orlean məhkəməsinin qərarından sonra Daxili İşlər nazirliyi bəyan edib ki, dərin sularda qazıma işlərinə tezliklə yeni moratorium qoyacaqlar.
XS
SM
MD
LG