Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:51

Bakı-Zaqatala aviareysi açılacaq


İyulun 17-dən «Azərbaycan Hava Yolları» Bakı-Zaqatala marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

«AZAL»dan «APA»ya verilən məlumata görə, uçuşlar hər həftənin II və VI günləri Bakıdan saat 10:10-da, Zaqataladan isə saat 12:00-da yerinə yetiriləcək.

Sözügedən marşrut üzrə uçuşlar Fransa istehsalı olan «ATR» tipli təyyarələrlə yerinə yetiriləcək. Hər iki istiqamətə bir aviabiletin qiyməti 104 manat təşkil edir.

Hazırda AZAL Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Lənkəran ölkə daxili aviareyslər üzrə uçuşlar həyata keçirir.
XS
SM
MD
LG