Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:48

ABŞ-da casusluqda ittiham olunan 10 nəfərin məhkəməsi gözlənilir


Bu gün Nyu-Yorkda Rusiyanın xeyrinə casusluqda itiham olunan 10 şübhəlinin məhkəməsi gözlənilir.

Onlar ötən ay Birləşmiş Ştatlarda həbs olunublar.

Cərşənbə axşamı eyni ittihamla Rusiyada həbsdə yatan nüvə alimi İqor Sutyaqinin onlardan bir neçəsi ilə dəyişdiriləcəyi barədə məlumat yayılıb.

İqor Sutyaqin Rusiyanın şimalındakı kaloniyadan çıxarılaraq artıq Moskvaya gətirilib.

Anasının dediyinə görə oğlu dəyişdirilmək naminə ittihamı qəbul eləməli olub.

Amma bu məlumat hələlik ABŞ və Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib.

XS
SM
MD
LG