Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Prezident Balakənə gedib


İyulun 8-də prezident İlham Əliyev Zaqataladan sonra Balakən rayonuna səfər edib. Prezident əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Bundan əvvəl Zaqatalada olan İlham Əliyev süd emalı zavodunun açılışında iştirak edib.

«Gilan» MMC-nin inşa etdiyi, 5 hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir.

Sutkalıq emal gücü 30 tondur. Bura süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir.
XS
SM
MD
LG