Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 01:38

Həbsdə olan rusiyalı alim Sutyaqin vətəni tərk edir


Casusluq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilmiş Rusiyalı alim İqor Sutyaqin yazılı şəkildə günahı boynuna almaq və vətini tərk etmək razılığına gəlib.

Sutyaqinin qohumları jurnalistlərə bildirib ki, onu casusluq ittihamı ilə ABŞ-da həbs edilmiş şübhəliylə dəyişirlər.

Sutyaqinin qardaşı Dimitri alimin Böyük Britaniyaya veriləcəyini deyir.

Nüvə silahı üzrə ekspert olan Sutyaqin Britaniya şirkətlərinə məxfi hərbi məlumatlar ötürməkdə təqsirli bilinərək 2004-cü ildə Rusiyada 15 il həbs cəzasına məhkum edilib.

Bu yaxınlarda isə Birləşmiş Ştatlarda Rusiyanın xeyrinə casusluq etmək itihamə ilə 10 şübhəli yaxalanıb.
XS
SM
MD
LG