Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:41

Rusiya casus mübadiləsi etmək istəyir


Rusiyalı alim İqr Sutyaqin və daha bir neçə şəxs, bu yaxınlarda Rusiyanın xeyrinə casusluq eləmək ittihamıyla Birləşmiş Ştatlarda həbs olunmuş şəxslərdən birinə dəyişdirilə bilər.

Bu barədə İnterfaks agentliyi alimin vəkili Anna Stavitskaya istinadla xəbər verir.

Vəkil bildirib ki, əgər bu baş tutsa o əvvəlcə Böyük Britaniyaya göndəriləcək.

Nüvə silahı üzrə ekspert olan Sutyaqin Britaniya şirkətlərinə məxfi hərbi məlumatlar ötürməkdə təqsirli bilinərək 2004-cü ildə Rusiyada 15 il həbs cəzasına məhkum edilib.

Bu yaxınlarda isə Birləşmiş Ştatlarda Rusiyanın xeyrinə casusluq etmək itihamə ilə 10 şübhəli yaxalanıb.
XS
SM
MD
LG