Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

Azərbaycanda taxıl və qarpız qıtlığı olmayacaq


“Bu il Sabirabaddakı daşqın qarpızın qiymətinə heç bir təsir göstərməyəcək.

Sel basmamış bölgələrdə ötən ildəkindən də çox qarpız götürüləcək”.

Bunu APA agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib.

Onun sözlərinə görə, bu il qarpız da daxil olmaqla, 400 min ton bostan bitkisi istehsal olunacaq ki, bu da ötən ilkindən 20 faiz çoxdur.

Sabir Vəliyev həmçinin bildirib ki, bu il təxminən 26 min hektar taxıl sahəsini su bassa da ölkədə taxıl qıtlığı olmayacaq.

Çünki ölkədə tələbatı ödəyəcək qədər taxıl istehsal olunub.
XS
SM
MD
LG