Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

Məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb


Bu barədə AzadlıqRadiosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov deyib.

Şurada yerli icra hakimiyyəti orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil olunurlar.

S.Aslanov bildirib ki, bundan sonra məscid tikmək və ya təmir etmək şuranın qərarından sonra mümkün olacaq.

Mətbuat xidmətinin məlumatına görə «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişiklik edildikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 782 dini icma müraciət edib.

Onların 425-i artıq qeydiyyatdan keçib, qeydiyyatdan keçənlərin 408-i islam, 17-i qeyri-islam, yəni xristian, yəhudi, bəhai və krişna icmalarıdır. Qeydiyyatdan keçməyən 11 dini icma var. Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidir. Dini Komitə həmin icmaların qeydiyyat üçün yenidən müraciət edə biləcəklərini bildirir.
XS
SM
MD
LG