Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Umberto Eko yeni roman yazıb


Dünya ədəbiyyatının canlı klassiki, “Qızılgülün adı”, “Fukonun kəfgiri” kimi məşhur əsərlərin müəllifi Umberto Eko yeni roman yazıb.

İtalyan yazar “Praqa məzarlığı” adlı yeni romanının əlyazmasını artıq Milandakı naşirinə təqdim edib.

İspaniyanın El-Pais qəzeti yazır ki, roman bu ilin oktyabrında işıq üzü görəcək.

Qəzetin yazdığına görə, əsər sinizm, yalançılıq və intriqabazlığı ilə tanınan bir casusdan bəhs edir.

Onun qurduğu intriqalar tədricən bütün qitənin taleyinə təsir edir...

Eko 2004-cü ildə çapdan çıxan beşinci romanından sonra bir daha roman janrına müraciət etməyəcəyini bildirmişdi.

Amma sonradan fikrini dəyişib.

Həmçinin oxu
Umberto Eko “O” (Hekayə)
İslama qayıdış və qızılgülün adı
XS
SM
MD
LG