Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 15:51

Sahib Ələkbərov vergilər nazirinin müavini vəzifəsinə təyin edilib


Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul tarixli sərəncamına əsasən, Sahib Ələkbərov vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə nazirliyin çərşənbə axşamı rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Ələkbərov 2005-2009-cu illərdə Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyunundan isə Dövlət Statistika Komitəsinin sədr müavini vəzifələrində çalışıb.

Ələkbərov 10 yanvar 1952-ci ilidə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG