Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Şenderoviç “əclafa çevrilən ziyalı” haqda povest yazıb


Tanınmış rusiyalı satirik yazar, NTV kanalının keçmiş əməkdaşı Viktor Şenderoviçin “Ada” əməliyyatı” adlı yeni povesti çapdan çıxıb.

“Svoboda” Radiosuna müsahibə verən yazar deyib ki, əsərin qəhrəmanı ziyalı təbəqəsindəndir – “federal miqyaslı prodüserdir”.

“Bu bir insanın taleyi haqda əsərdir. Leonard Pesotski əvvəllər yaxşı insan olub – yaxşı ailədən çıxıb, istedadlı, incə qəlbli insan olub... Amma sonradan əclafa çevrilib – islah olunması mümkün olmayan bir əclafa”.

- Belə çıxır ki, əsərin qəhrəmanları sizin öz çevrənizə daxil olan adamlardır...

- Əlbəttə, Əsərin baş qəhrəmanının canlı prototipləri var. O başqa söhbətdir ki, onların sayı çoxdur.

- Bunu ziyalı çevrəsi adlandıra bilərikmi?

- Bəli. Amma mən həm də adımın bütövlükdə ziyalı təbəqəsinin üstündən qara xətt çəkənlərin uzun siyahısına salınmasını istəməzdim.

- Personajınız, yaxud onun prototiplərinin əlini sıxardınızmı?

- Bir zamanlar öz personajımın əlini sıxmışam, amma indi bunu etməzdim...

Povestdə hadisələr 80-ci illərin əvvəlindən başlayıb 2000-ci illərə qədər davam edir.

Yazar deyir ki, “yaradıcı intelegentsiyanın cəmiyyət qarşısında məsuliyyəti çox vacib məsələdir”.

“Bu, cinayətkarlar və qatillərlə bağlı söhbəti arxa plana keçirmir, sadəcə bunlar bir mövzu haqda iki fərqli söhbətlərdir”.

- Sizin qəhrəman nə cinayətkardır, nə qatil, o cinayəti törədənlərə kömək edir...

- İndi 37-ci il deyil, əclaflıqlarda iştirak etməmək də olar. Əlbəttə biz Norveçdə yaşamırıq, bunun həmin adama ziyanı olacaq, amma daha buna görə heç kəsi öldürmürlər...
XS
SM
MD
LG