Vaşinqton Gürcüstanın ərazi bütövlüyü ilə bağlı öhdəliklərinə sadiqdir. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündən sonra deyib.
Klinton bildirib ki, ABŞ administrasiyası Rusiyaya onun “nüfuz dairəsi”ni qəbul etmədiyini açıq bildirib. Dövlət katibi Abxaziya və Cənubi Osetiya regionlarında Rusiyanın hərbi baza yaratmasından narahatlığını da ifadə edib.