Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

İşğal olunmuş ərazilərə missiya göndərilir?


ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan Xarici İşlər Nazirliyində.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan Xarici İşlər Nazirliyində.
HƏMSƏDRLƏR GÜC TƏTBİQİNƏ QARŞIDIR

Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupuna həmsədrlik ölkələr münaqişənin ancaq sülh yoluyla, güc tətbiqinə yol vermədən, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyin etmə hüququna uyğun şəkildə həllinə tərəfdardırlar. Və istənilən güc tətbiqinə qarşıdırlar.

ATƏT-in Mİnsk qrupunun həmsədrləri Rusiyalı İqor Popov, Fransalı Bernar Fasye və ABŞ-dan Robert Bradtkenin iyulun 5-də verdiyi bəyanatda belə deyilir.

Bəyanatda həmsədrlərin regiona səfərləri zamanı bu prinsipləri Dağlıq Qarabağın de-fakto rəhbərliyinə, Ermənistan və Azərbaycan rəhbərliyinə də xatırladıldığı bildirilir.

Həmsədrləri keçirdikləri görüşlərdə münaqişənin həlliylə bağlı danışıqlardakı mövcud durum və cəbhə xəttində atəşkəsin pozulması faktlarını müzakirə ediblər və həll prinsiplərinin xatırladıldığı ABŞ, Rusiya, Fransa prezidentlərinin ortaq bəyanatını bir daha vurğulayıblar.

İŞĞAL ZONASINA MİSSİYA?

Səfərlər zamanı həmsədrlər tərəfləri həmçinin işğal olunmuş ərazilərə bu ilin payızında missiya göndərmək planıyla ilə də tanış ediblər və bu plan prinsipcə qəbul edilib.

Minsk qrupunun həmsədrləri bəyanatın sonunda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iyulun 16-17-də Astanadan görüşünün baş tutmasına da ümid ediklərini bildiriblər.

NAZİRLƏRİN ASTANA GÖRÜŞÜ BAŞ TUTMAYA DA BİLƏR

Amma Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov jurnalistlərə deyib ki, bu görüşün baş tutması da hələ təsdiqlənməyib. Poluxov münaqişənin həlliylə bağlı Bakının qəbul elədiyi yenilənən Madrid prinsiplərinə Yerevanın hələ də razılıq vermədiyini də təkrarlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG