Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

Avropa Birliyinin rəsmisi Qırğızıstanda olub


Avropa Birliyinin Beynəlxalq Münasibətlər, Humanitra Yardımlar və Böhranlar üzrə komissarı Qırğızıstanda yaranan humanitra şəraiti öyrənmək üçün bu ölkəyə gedib. Dünən başa çatmış iki günlük səfər zamanı komissar Kristalina Georgieva yeni prezident Roza Otunbayeva ilə görüşüb, son vaxtlar toqquşmalar baş vermiş Oş şəhəri və ətraf bölgələrə baş çəkib.

Avropa Birliyi Qırğızıstanın cənub bölgələrində əhaliyə humanitra yardımlar göstərilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə və yerli qeyri-hökumət təşkilatlarına beş milyon avro yardım verib.

Ötən ay Oş və ətraf rayonlarda qırğızlarla özbəklər arasında baş verən toqquşmalarda rəsmi məlumata görə 300 nəfər yaxın adam həlak olub, minlərlə insan da yaralanıb. Toqquşmalara görə on minlərlə özbək qaçqın düşmüşdü.
XS
SM
MD
LG