Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 20:05

Avtobus qəzalarında 27 nəfər həlak olub


Iyulun 4-də Cənubi Koreyada avtobus qəzasında 12 nəfər həlak olub. Yüksək sürətli yolda baş vermiş qəzada 12 nəfər də yaralanıb.

Dünən Filippinin mərkəzində baş vermiş başqa bir avtobus qəzasında isə 15 nəfər həlak olub, 50-ə yaxın adam da yaralanıb. Polis qəzanın səbəbi kimi avtobusun əyləc sisteminin xarab olmasını göstərib. Məlumata görə sürücü avtobusun açıq konsertdə tamaşaçıların üstünə getməməsi üçün maşını binaya çırpıb.

Bu, Filippinin Toledo şəhərində son həftələr baş verən ikinci ən böyük qəzadır. Keçən ay da iranlı tələbələrin kirayələdikləri avtobus həmin şəhərdə dərəyə yuvarlanmış, qəzada 21 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG