Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

Pakistanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir


Pakistanın müxtəlif şəhərlərində ötən cümə axşamı Loxarda törədilmiş partlayışlara etiraz olaraq nümayişlər keçirilir.

Bu partlayışlar nəticəsində 42 nəfər ölüb,onlarla adam isə yaralanıb.

Loxarın özündə şəhər sakinləri təkər yandıraraq yoları bağlayıblar.

Polislə nümayişçilər arasında toqquşma olub.

Bir çox müəssisə və mağazalar bağlanıb.

Həmçinin Karaçi və digər şəhərlərdə tətillər keçirilir.

Onlar hakimiyyətdən terrorçulara qarşı təcili tədbirlər görülməsini tələb edirlər.
XS
SM
MD
LG