Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:32

H.Klinton Polşadadır


Birləşmiş Ştatların Polşada planlaşdırdığı hava hücumundan müdafiə sistemi sırf müdafiə məqsədi güdür və Rusiyaya qarşı yönəlməyib.

Bunu ABŞ dövlət katibi Hillari Klinton bu gün Polşanın Krarkov şəhərində çıxışında deyib.

Hillar Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə birlikdə müdafiə sistemi ilə bağlı protokollara edilmiş düzəlişlərin imza mərasimində iştirak edib.

Prezident Barak Obamanın təklif etdiyi düzəlişlərdə bu sistemin uzaq deyil, orda məsafəli olması və Polşada kiçik Amerika bazası yerləşdirilməsi nəzərdə tutulur.

Hillari Klinton sonra Krakovda “Demokratik Cəmiyyət”in 10 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Bu təşkilat Polşa və Birləşmiş Ştatlar da daxil olmaqla dünyada demokratiyanın möhkəmləndirilməsi uğrunda mübarizə aparan ölkələri birləşdirir.

XS
SM
MD
LG