Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:37

Hillari Klinton Polşaya gedir


ABŞ dövlət katibi Hillari Klinton bu gün Polşaya gedir.

O Krakovda “Demokratik Cəmiyyət”in 10 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Bu təşkilat Polşa və Birləşmiş Ştatlar da daxil olmaqla dünyada demokratiyanın möhkəmləndirilməsi uğrunda mübarizə aparan ölkələri birləşdirir.

Hillari Klinton xarici işlər naziri Radoslav Sikorski ilə təhlükəsizlik, enerji problemi və Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

Hillari Klinton bundan əvvəl Ukraynada olub.

O səfər zamanı ölkə rəhbərliyi və müxalifət lideri Yuliya Timoçenko ilə görüşüb.

Hillari Klinton Polşadan Qafqaza- Azərbaycan, Ermənistan və Gürcüstana yollanacaq.
XS
SM
MD
LG