Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 05:43

Bibi oğlu dayısı uşaqlarını güllələyib


Bu gün səhər saatlarında Qəbələ rayonunda ölümlə nəticələn atışma olub.

Rayonun Tikanlı kəndindəki Damirçi bağı adlanan yerdə dayı və bibi oğulları arasında silahlı insident baş verib.

Hökümalı Yusifov avtomat silahdan atəş açaraq 39 yaşlı dayısı oğlu Nizami Quliyevi öldürüb, digər dayısı oğlu 29 yaşlı Şahmurad Quliyev isə yaralayıb.

O,Qəbələdəki mərkəzi xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Bəzi məlumatlara görə onların atası Mürsəl Quliyev də yaralanıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq, ailə münaqişəsi zəminində baş verib.

Prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparır.
XS
SM
MD
LG