Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Otunbayeva bu gündən prezident kimi fəaliyyətə başlayıb


Qırğızıstandakı ötəri hökumətin rəhbəri Roza Otunbayeva bügündən prezident kimi rəsmi fəaliyyətə başlayıb.

Bu gün səhər Bişkekdə andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, iyunun 27-də Qırğızıstanda ölkə konstitusiyasında dəyişiklik edilməsilə bağlı referendum keçirildi.

Rəsmi məlumata görə seçicilərin 90 faizdən çoxu yeni konstitusuyanı dəstəkləyib.

Yeni konstitusiyada prezidentin səlahiyyətlərinin azaldılması və ölkədə parlament üsul-idarəsi yaradılması nəzərdə tutulur.

Roza Otunbayeva2011-ci il dekabrın 31-dək prezident olacaq.

Parlament seçkiləri isə oktyabra təyin edilib.

XS
SM
MD
LG