Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 03:22

Baş komandan Əfqanıstanda mülki və hərbi səyləri birləşdirməyə çağırıb

Əfqanıstandakı koalisiya qüvvələrinin yeni komandanı general Devid Petreus Əfqanıstan müharibəsində mülki və hərbi səyləri birləşdirməyə çağırıb.

O belə bir bəyanatla Kabildəki ABŞ səfirliyində çıxış edib.

Sabah Amerikanın müstəqillik günü olduğundan səfirliyə 1700-dən çox yerli və xarici qonaq dəvət olunub.

Bu baş komandan kimi Petreusun ilk çıxışıdır.

O bu vəzifədə general Stenli Makkristalı əvəz edib.

Makkristal bir sıra yüksək səlahiyyətli ABŞ rəsmilərini tənqid elədikdən sonra istefa verməli oldu.
XS
SM
MD
LG