Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:27

İkinci Nikolay və onun ailəsi kimin qərarı ilə güllələnib?


İkinci Nikolay və onun ailəsi
İkinci Nikolay və onun ailəsi
İkinci Nikolay və onun ailəsi ali sovet rəhbərləri olan Vladimir Lenin və Yakov Sverdlovun icazəsi olmadan Ural Sovetinin qərarı ilə güllələnib.

Bunu Rusiya Prokurorluğu yanında İstintaq komitəsi bəyan edib.

«Çar ailəsini güllələmək haqqında rəsmi qərar, bir dənə də olsun sənəd yoxdur», - deyə İstintaq komitəsinin baş kriminalisti Vladimir Solovyov bildirib.

GÜLLƏLƏMƏNİ ALİ RƏHBƏRLƏRLƏ RAZILAŞDIRMAQ İSTƏYİBLƏR, AMMA...

Vladimir Solovyov deyir ki, güllələmənin razılaşdırılmasına cəhd olub. Amma Lenin və Sverdlovun adına ünvanlanan teleqram çatanda, bunu məruzə etmək mümkün olmayıb.

Teleqramlar çatanda, güllələmənin icraçıları artıq zirzəmiyə girdiklərindən texniki baxımdan bu addımı razılaşdırmaq mümkün deyildi.

GÜLLƏLƏMƏYƏ HAZIRLIQLA BAĞLI QƏRAR İCRAYA QƏDƏR AÇIQLANMAYIB


Vladimir Solovyov bildirir ki, çar və ailəsinin güllələnməsi haqda xüsusi qərar 1918-ci il iyulun 12-də qəbul edilsə də, ayın 16-na qədər Ural Sovetinin qərarlarında güllələməyə hazırlıqla bağlı məlumat yoxdur.

İkinci Nikolayın ailəsi və ona yaxın 11 nəfər 1918-ci il iyulun 17-də gecə güllələnib.

2008-ci il oktyabrın 1-də Rusiya Ali Məhkəməsinin rəyasət heyəti İkinci Nikolay və onun ailə üzvlərinin reabilitasiyası haqqında qərar qəbul edib. /«İnterfaks»/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG