Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 22:06

Avropa Yayım Birliyi bəyanat qəbul edib


Bakıda keçirilən Avropa Yayım Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyası iyulun 2-də öz işini yekunlaşdırıb. 3 günlük tədbirin sonunda «İfadə azadlığı, media müstəqilliyi və demokratiya haqqında» bəyannamə qəbul edilib.

Bəyannamadə AYB qeyd edir ki, ifadə və informasiya azadlığı hüququ, siyasi və iqtisadi maraqlardan daha öndə durur. Və üzv ölkələr, demokratiyanın bu təməlini təmin etməyə borcudurlar.

Bildirilir ki, Avropa Şurasının (AŞ) bütün üzvləri, o cümlədən Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyi öhdəlik götürüblər:

«Azərbaycanın media qanunvericiliyi keçmişdəkindən daha çox media azadlığının təminatı məqsədinə xidmət edir. Və Azərbaycan AŞ-ya daxil olandan sonra İctimai TV –nin yaradılması ölkədə jurnalistikanın keyfiyyətinin artırılmasına kömək edib.

Bununla belə AYB öz üzvlərinin aşağıdakı narahatlıqlarını ifadə edir:

- AYB həbsləri, təqibləri, jurnalistlərin qorxudulmasını pisləyir və hökumətləri jurnalistlərə qarşı bütün zorakılıq hallarını araşdırıb ədalət mühakiməsinə çıxartmağa çağırır.

- AYB hökumətləri Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyə və jurnalistlərə qarşı olan bütün işləri azad, ədalətli və şəffaf məhkəmə vasitəsilə beynəlxalq hüquqi standartlara uyğun həll etməyə çağırır.

- Qanunverici orqanlardan və hökumətlərdən tələb edir ki, diffamasiyanı Cinayət Məcəlləsindən çıxartsınlar və jurnalistlərə qarşı diffamasiyaya görə cinayət məsuliyyəti açmasınlar.

İfadə azadlığı üçün münbit şərait yaratsınlar və tənqidi səslərin susdurulması ilə bağlı hüquqi addımların qarşısını alsınlar.

Hökumətlərə bildirlir ki, ifadə azadlığına müdaxilədən çəkinməlidirlər. Yayımçıların siqnallarına senzura qoyulması, yaxud onların qarışdırılması demokratik cəmiyyətlərdə baş vermir.

Bütün media platformalarında ifadə azadlığına şərait yaratsınlar ki, tərəfsiz və müstəqil media inkişaf etsin. Rəsmilərin heç bir müdaxilə etmədiyi tam və açıq demokratik debatlar baş versin, jurnalistlər qorxudulmasın.

AYB xatırladır ki, İnternet və sosial media şəbəkələri demokratik cəmiyyətdə media plüralizmi üçün çox vacibdir.

AYB bütün hökumətləri çağırır ki, onlar bu şəbəkələr vasitəsilə vətəndaşların özlərini ifadə etməsinə şərait yaratsınlar.

Söz azadlığı media məsuliyyəti ilə əl-ələ inkişaf etməli, jurnalistlər də professional dəyərlərə və standartlara uyğun olmalıdır.

AYB ümid edir ki, sənəddə ifadə olunun fikirlərə hörmətlə yanaşılacaq.

Bəyannamədə konkret olaraq Azərbaycanda «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı bir neçə sənədə istinad edilir.
XS
SM
MD
LG