Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 14:04

H.Klinton deyir ki, "NATO-nun qapıları Ukrayna üçün açıqdır"


NATO-nun qapıları hələ də Ukrayna üçün açıqdır. ABŞ-ın Dövlət Katibi Hillari bu gün – iyulun 2-də Kiyevdə belə deyib.

Ukraynanın Xarici İşlər naziri Konstantin Qrişenkoyla görüşdə, Klinton NATO-ya üzvlük məsələsinə toxunub. Klinton Ukraynanın suveren və müstəqil dövlət olduğunu, və öz müttəfiqlərini özü seçmək haqqı olduğunu vurğulayıb.

Ukraynanın Rusiyameylli yeni hakimiyyəti əvvəlki hakimiyyətin əksinə olaraq, NATO-ya üzvlük hədəfindən imtina eləmişdilər.

İyulun 1-də Ukrayna parlamenti ölkənin heç bir hərbi bloka üzv olmamasıyla bağlı qanunu son oxunuşda qəbul edib.


ABŞ Dövlət Katibi Hillari Klinton qarşıdakı 5 gün ərzində Ukraynadan başqa Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana da səfər edəcək.
XS
SM
MD
LG