Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Hər üçüncü bank zərərlə işləyir


May ayını daha 4 bank zərərlə başa vurub. «İqtisadi forum» jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Sonuncu dəfə 2006-cı ilin avqustunda belə bankların sayı 16 olub.

2010-cu ilin iyun ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 85,03 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10,7% çoxdur. Mayda bankların ümumilikdə mənfəəti təxminən 8,2 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı 34-dən 30-a düşüb.

Hesabat ayında bankların zərərində də artım müşahidə edilib. Bu müddətdə bankların zərəri aprel ayı ilə müqayisədə 2,8 milyon artaraq 24,55 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 21,8 milyon manat olub. Zərərlə işləyən bankların sayı 13-dən 17-yə yüksəlib.

İyunun 1-i vəziyyətinə bankların yekun mənfəəti 60,48 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2009-cu ilin mayında bu göstərici 128,97 milyon manat təşkil edib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 47 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 46-sı özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.
XS
SM
MD
LG