Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Hillari Klinton Ukraynadadır


ABŞ-ın dövlət katibi Hillari Klinton bu gün Ukraynada prezident Viktor Yanukoviçlə görüşəcək.

Ukrayna Klintonun Şərqi Avropa və Cənubi Qafqaz regionuna səfər turunun ilk dayanacağıdır. Dövlət katibi Ukraynada rəsmilərlə yanaşı, sabiq baş nazir Yuliya Timoşenko, media rəhbərləri və vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə də görüşəcək.

Beş günlük səfər turu çərçivəsində Klinton Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq.

XS
SM
MD
LG