Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ATV kanalının əməkdaşlarını döyüblər


İyulun 1-i səhər saatlarınada ATV kanalının iki əməkdaşı - jurnalist Zaur Zahidoğlu və operator Ramin Şahbazov Yasamal rayon Hərbi Komissarlığında fiziki təzyiqlərə məruz qalıblar.

Zaur Zahidoğlu AzadlıqRadiosuna deyib ki, onlar hərbi çağırışla bağlı Yasmal Rayon Hərbi Komissarlığından reportaj hazırlamaq istəyiblər.

Çəkiliş aparmağa icazə verməyən mülki və hərbi geyimli komissarlıq əməkdaşları onlara hücum ediblər.

Zaur Zahidoğlunun dediyinə görə, komissarlıq əməkdaşları operator Ramin Şahbazova bədən xəsarəti yetiriblər:

«Operator daha çox xəsarət alıb, onun dodaqlarını vurub partladıblar, məni də boğmağa çalışırdılar».

Jurnalistlər hadisə ilə bağlı Yasamal Rayon 26-cı Polis Bölməsinə, məhkəmə tibbi ekspertizaya müraciət ediblər.
XS
SM
MD
LG