Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 17:34

Həbsdə olan son aksiyaçı azadlığa buraxıldı


övşən Nəsirli iyunun 19-da «Azadlıq» blokunun şəhərin mərkəzində keçirdiyi aksiyada həbs edilmişdi
övşən Nəsirli iyunun 19-da «Azadlıq» blokunun şəhərin mərkəzində keçirdiyi aksiyada həbs edilmişdi
«Azadlıq» blokunun şəhər icra hakimiyyəti ilə razılaşdırlmamış son aksiyasında iştirak etdiyinə görə 15 sutka həbs cəzası alan gənc fəal Rövşən Nəsirli iyulun 1-də həbs müddətinin bitməsinə üç gün qalmış azadlığa buraxılıb.

R.Nəsirlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, onun vaxtından əvvəl buraxılması iyulun 1-də anasınınn vəfatının ildönümü ilə bağlıdır.

Rövşən Nəsirli iyunun 19-da «Azadlıq» blokunun şəhərin mərkəzində keçirdiyi aksiyada həbs edilmişdi.

Onun saxlanılan zaman Səbail rayon 8-ci Polis Bölməsində fiziki təzyiqlərə məruz qaldığı bildirilirdi. Nəsirli ilə birgə polis bölməsində olanların verdiyi məlumata görə, polis bölməsində Rövşən Nəsirlini Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev şəxsən döyüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov həmin vaxt AzadlıqRadiosuna aksiya iştirakçısının döyülməsi faktını təkzib etmişdi.

Amma Ombudsman Aparatının əməkdaşları iyunun 19-da Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Rövşən Nəsirli ilə təkbətək görüşüblər. Rövşən Nəsirlinin bədəninə və üzünə baxış zamanı müxtəlif xəsarətlər aşkar edilib.

Ombudsman Elmira Süleymanova iyunun 21-də Baş prokurora və Daxili İşlər nazirinə müraciət edərək hadisənin araşdırılmasını istəyib.
XS
SM
MD
LG