İyulun ortalarında Bakıda Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması ilə bağlı danışıqların birinci mərhələsi keçiriləcək.
Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyulun 1-də jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, saziş, siyasi, iqtisadi və sosial sahələrdə müxtəlif yaxınlaşmalara gətirib çıxaracaq.
Bakıda keçirilən görüşlər zamanı qarşıdan gələn parlament seçkiləri ilə bağlı müzakirələr apardığını deyən P. Semnebi hazırkı mərhələdə KİV-dən istifadə və ictimai aksiyaların keçirilməsi, seçki kampaniyası başlayandan sonra isə namizədlərin qeydiyyatı, daxil olan şikayətlərin araşdırılmasının və s. məsələlərin çox önəmli olduğunu bildirib.
O, keçirdiyi görüşlərdə həbsdə olan jurnalist Eynulla Fətullayev və gənc bloqgerlərlə bağlı məsələ qaldırdığını, həbsxanada bloqger Adnan Hacızadə ilə görüşdüyünü bildirib.
Qeyd edək ki, A. Hacızadə ilə birlikdə həbs olunmuş digər bloqger Emin Milli atasının yas mərasimində iştirak etmək üçün 3 günlük məzuniyyətə buraxılıb.
/APA/