Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:16

NATO komandanlığı xeyli yaraqlının öldürüldüyünü xəbər verir


NATO hərbçiləri Əfqanıstanın cənubunda xeyli sayda yaraqlının öldürüldüyünü və talibançıların yerli liderlərindən birinin əsir düşdüyünü xəbər verirlər.

Hərbçilərin sözlərinə görə Helmand əyalətinin Baqran rayonunda keçirilən reyddə talibançılar onları raket və avtomat silahlardan atəşə tutublar.

Həmin əyalətin başqa bir rayonunda getmiş döyülərdə isə talibançıların lideri ələ keçirilib.

Əfqanıstanın şimalındakı Parvan əyalətində isə Cənubi Koreyadan olan inşaatçıların qaldıqları ev raket atəşinə tutulub.

İtki və ya xəsarət alanlar barədə məlumat yoxdur.
XS
SM
MD
LG