Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:47

Bolqarıstan da Azərbaycandan qaz alacaq


Bolqarıstan Azərbaycandan bir milyard kubmetr həcmində qaz alacaq. Bunu Azərbaycanda səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanov iyunun 30-da Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdikləri görüşdən sonra mətbuat üçün açıqlamasında səsləndirib.

Belə bir razılığı ölkəsinin enerji təhlükəsizliyi üçün mühüm töhfə adalandıran Georgi Pırvanov bu sahədə əməkdaşlığın gələn ildən reallaşacağını deyib.
Suriya da gələn ilin ortalarından başlayaraq Azərbaycandan 1-1,5 milyard kub metr qaz alacaq.

Bu barədə iyunun 30-da Bakıda Azərbaycan-Suriya hökumətlərarası komissiyanın iclasından sonra Suriyanın neft və energetika naziri Sufyan Allao məlumat verib.

Suriyalı nazirin sözlərinə görə, tərəflər arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunub.
XS
SM
MD
LG