Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:18

İlham Əliyev Avropa Parlamentinin qətnaməsini müsbət qiymətləndirir


Bu yaxınlarda Avropa Parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamə Azərbaycanda çox müsbət bir hal kimi qiymətləndirilir.

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Georgi Pırvanovla görüşdən sonra verdiyi bəyanatda bunu deyib.

«Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalçılarının nəzarətindədir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Torpaqlarımızın 20%-i uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın-köçkün vəziyyətində yaşayır. Biz istəyirik ki, məsələ beynəlxalq təşkilatların qətnamələri, qərarları əsasında və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapsın. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir. Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk», deyə prezident bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG