Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

Casusluqda şübhəlilərin həbsi ABŞ-Rusiya münasibətlərinə xələl gətirməyəcək


Birləşmiş Ştatlarda Rusiyanın xeyrinə casusluq eləməkdə şübhəli bilinən qrupun həbsi iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirməyəcək.

Rusiya mətbuatının yazdığına görə bunu Rusiya Xarici İşlər Nazirliyinin adı çəkilməyən rəsmisi deyib.

Həmçinin Ağ evin sözçüsü Robert Qibbis eyni bəyanatla çıxış edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ və Kiprdə tutulmuş 11 nəfər Birləşmiş Ştatların maraqlarına qarşı elə bir hərəkət törətməyiblər.
XS
SM
MD
LG