İranın dövlət televiziyası bir il əvvəl yoxa çıxmış iranlı nüvə mütəxəssisinin video görüntülərini yayıb. Bu, İranın Atom Enerjisi Təşkilatı üçün çalışan Şahram Əmiri ilə bağlı bir-birinə zidd artıq üçüncü görüntüdür.
Rəsmi Tehran Şahram Əmirinin Həcc ziyarəti zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlandığını iddia edir. Bu ayın əvvəlində yayılmış videoda özünü Əmiri kimi təqdim edən şəxs oğurlanaraq ABŞ-a aparıldığını bildirmişdi. Lakin bundan az sonra internetdə peyda olan başqa bir video görüntüdə özünü Əmiri kimi təqdim edən digər bir şəxs əslində ABŞ-da təhsil aldığını söyləmişdi.