Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:19

Lukaşenko Əliyevə borcunu 12 günə qaytaracaq


Belorus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevdən aldığı 200 milyon dollar borcu 12 günə qaytaracaq.

Bu barədə Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov «Trend» informasiya agentliyinə məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də Belarusun baş naziri Sergey Sidorski azərbaycanlı həmkarı Artur Rasi-zadəyə qısamüddətli kredit barədə müraciət edib:

«Bununla bağlı Azərbaycan Respublikası prezidentinə məruzə edilib. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq verib. Belarusa ayrılan kreditin məbləği 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilib. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanıb».

Rusiyanın «Qazprom» şirkəti iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.

Aleksandr Lukaşenko «Euronews» telekanalına müsahibəsində Azərbaycanın köməyini belə danışıb:

«Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz «Qazprom»a 187 milyon ödədik və yüz faiz hesablaşdıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG