Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:36

Rusiya casusluqda sübhəli bilinənlərdən bəzilərinin vətəndaşı olduğunu təsdiqləyib


Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-da Moskvanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs edilmiş şəxslərdən bəzilərinin Rusiya vətəndaşı olduğunu təsdiqləyib.

Nazirliyin yaydığı bəyanatda həmin şəxslərin ABŞ-ın maraqlarına xələl gətirmədikləri israrla vurğulanır. Bəyanatda deyilir ki, Vaşinqton iki ölkə arasındakı münasibətlərin hazırkı pozitiv xarakterini nəzərə alıb tam anlayış göstərəcək.

ABŞ 11 casusun həbsinin iki ölkə münasibətlərinə təsir göstərməyəcəyini bildirib.

XS
SM
MD
LG