Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Gələn ildən Azərbaycan Suriyaya qaz ixrac edəcək


2011-ci ilin ortalarından Suriya Azərbaycan qazının idxalına başlayacaq.

«APA»-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Suriyanın neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Sufian əl-Alao bildirib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə Suriya arasında kəmərlərin birləşdirilməsi prossesi həyata keçirilir və bu işlər başa çatdıqdan sonra Azərbaycan qazının Suriyaya ixracı başlanacaq: Suriyanın Azərbaycan qazının idxalı və tranzitində maraqlı olduğunu bildirən nazir onu da qeyd edib ki, artıq Azərbaycan və Suriya arasında lazımi sənədlər imzalanıb.

Xatırladaq ki, ilkin mərhələdə Azərbaycandan Suriyaya ildə 1 mlrd. kubmetr həcmində təbii qazın ixracı planlaşdırılır.
XS
SM
MD
LG