Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

Moskva Vaşinqtondan izahat istəyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın həbs etdiyi 10 casusla bağlı məlumatların ziddiyyətli olduğunu, Vaşinqtondan izahat tələb etdiyini bildirib.

Amerikanın Federal Təhqiqat Bürosu uzun illər Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə işləmiş 10 nəfəri həbs edib.

Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanın məxfi agenti kimi çalışan həmin şəxslərin məqsədi ABŞ-da siyasi qərar qəbul edən şəxslərə çıxış əldə etmək olub.

Şübhəli şəxsləri maliyyə vəsaiti ilə təmin edən 11-ci adam hələ azadlıqdadır.

XS
SM
MD
LG