Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

«Böyük 20-lər»in çətin tapşırığı


«Böyük 20-lər»in liderləri
«Böyük 20-lər»in liderləri
«Böyük 20-lər» yaxın 5 ildə iqtisadiyyatı inkişaf etdirmək kimi çətin tapşırıq götürüblər.

Onlar Toronto sammitində öhdəlik götürüblər ki, 2013-cü ilə kimi büdcə borclarını yarıya qədər azaltsınlar.

Eyni zamanda onlar razılaşıblar ki, iqtisadi artımı stimullaşdıran siyasət aparsınlar. Başqa sözlə, sərt və stimullaşdırıcı tədbirləri eyni zamanda həyata keçirsinlər – yəni, geniş mənada ziddiyyətli bir siyasət...

Bu narahat razılaşma sammitdə fərqli yanaşmaları əks etdirir.

BÜDCƏ KƏSİRLƏRİ DAVAMLI İNKİŞAFA MANE OLUR

ABŞ prezidenti Barak Obama deyib ki, büdcə kəsirlərini azaltmaq tədbirləri üzərinə belə tələbkarcasına köklənmək dünyanı yenidən tənəzzül dövrünə qaytara bilər.

Avropa iqtisadiyyatı belə bir vəziyyət yaratdı ki, büdcə kəsirləri davamlı inkişafa mane olur.

Barak Obama
Digər tərəfdən, «Böyük 20-lər» bəyanatlarında milli valyutaların sərbəstləşməsindən danışıblar. Valyuta sərbəstləşməsinin tərəfdarları bunu qlobal ticarətdə ədaləti gözləməklə izah edirlər. Bu, aydındır ki, Cinə görədir, amma bu ölkənin adı çəkilmir.

Ancaq Pekinə təzyiqlər sammitdən əvvəl və sammit müddətində olub.

Cinin Xalq Bankı 2005-ci ilin iyulundan bəri yuanı ən yüksək həddə möhkəmləndirib.

Bundan əvvəl Çinin Xalq Bankı elan etmişdi ki, yuanın dollara nisbətən məzənnəsini sərbəst buraxacaq. Amma bu artım ümumi valyuta bazarında dramatik vəziyyət yaratmadı, nəzərə alsaq ki, Qərb ekspertləri Çin valyutasını aşağı həddə - 24-40 faiz həddində qiymətləndirmişdilər.

ÇİN BU ÖHDƏLİYİ YERİNƏ YETİRƏCƏK

Kanadanın baş naziri Stefan Harper deyir:

Stefan Harper
- Bu bəyanat valyuta məzənnəsinin çevikliyinə əhəmiyyətli öhdəlikdir. Bildiyimiz kimi, bu sammitdə Çinin xüsusi öhdəliyi olub. Və mən əminəm ki, Çin bu öhdəliyi yerinə yetirəcək. Dünya qarşısında götürülən öhdəliyə məsuliyyət daşıyırıq.

Digər tərəfdən, Barak Obamanın diqqətini Şimali Koreya ilə bağlı məsələ çəkib – Cənubi Koreya ABŞ-ı hərbi gəmilərindən birini batırmaqda ittiham edir. Cənubi Koreyann ittihamına görə, bunun nəticəsində 46 nəfər həyatını itirib.

BU, KRİTİK VƏZİYYƏTDİR

Sammitdən kənarda jurnalistlərlə danışan Obama deyir ki, Çin prezidenti Kim Cintao ilə Cənubi Koreya məsələsini müzakirə edib. Obama Kimi inandırmağa çalışıb ki, o, bu məsələyə laqeyd qalmasın:

- Mən fikirləşirəm ki, Cənubi Koreyanın prezidenti Li fövqəladə təmkin göstərib. Bu, kritik vəziyyətdir və arxasında beynəlxalq ictimaiyyət dayanıb. Beynəlxalq birlik beynəlxalq normalar çərçivəsində Şimali Koreyaya təzyiqlərə davam edəcək.

Çin Şimali Koreyanın əsas müttəfiqidir və onu əhəmiyyətli iqtisadi və diplomatik dəstəklə təmin edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG