Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Kərzayın Taliban lideri ilə görüşməsi xəbəri təkzib edilir


Əfqanıstan hökuməti prezident Kərzayın Taliban liderlərindən biri ilə görüşməsi xəbərini təkzib edib. Prezidentin sözçüsü Vahid Ömər xəbəri “yalan” adlandırıb.

Qatarın “Əl cəzirə” kanalı iyunun 27-də xəbər yayıb ki, Kərzay Siracuddin Haqqanini Kabuldakı iqamətgahında qəbul edib, onunla mümkün sülh razılaşmasını müzakirə edib.

Haqqani Əl-Qaidə terror təşkilatı ilə əlaqəli olan Haqqani şəbəkəsinə rəhbərlik edir və ən qəddar terrorçulardan sayılır.

Əfqan hökuməti deyib ki, telekanalın xəbəri ölkədə sülh yaratmaq planlarına zərbə vurmaq məqsədi daşıyır.
XS
SM
MD
LG