Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Türkiyə hava məkanını İsrail üçün bağlayıb


Türkiyə hava məkanını İsrail üçün bağlayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bazar günü bu barədə məlumat verib və bildirib ki, Türkiyə İsrailə onun hava məkanından istifadəsinə qadağa qoyub.

İsrail və Türkiyə arasında münasibətlər İsrail əsgərlərinin Qəzzaya yardım aparan donanmaya hücumundan sonra pisləşib. Hücumda arasında Türkiyə vətəndaşı da olan 9 fələstin tərəfdarı öldürülmüşdü.

Bundan sonra Türkiyə rəsmiləri İsraillə bütün sahələrdə əməkdaşlığı dayandırdıqlarını bildirmişdi.
XS
SM
MD
LG