Hər şey Qələbə Paradı günü 1945-ci il iyunun 24-də başlayıb. Həmin vaxt hava yağmurlu olduğu üçün paradın sonunda yüksək rütbəlilər Kreml divarlarındakı kiçik zalda ləngiyiblər. Bu zala adətən 1 may və 7 noyabr nümayişləri zamanı isinmək üçün girirdilər. Bu dəfə ənənəvi qayda pozulmuşdu. Mavzoleyin tribunasının sonuna qədər duranların hamısı həmin zala doluşmuşdular. Nəticədə hazırlıqsız ziyafət alınmışdı. Kim necə bacarmışdısa, elə də stolun ətrafına yerləşmişdi. O dövrün ab-havasına uyğun olmayan bir vəziyyət yaranmışdı.
Əsas diqqət mərkəzində, əlbəttə ki, Stalin idi. Qələbənin bütün müvəffəqiyyəti ancaq onun ayağına yazılırdı.
Elə burda Stalinə generalissimus rütbəsi, İkinci Qələbə Ordeni mükafatı və Sovet İttifaqı Qəhrəmanı adı verilməsi təklif olunub.
Kreml divarları arxasındakı bufetdə Stalin haqqında uzun-uzadı mədhiyyə deyiləndə dünyada iki generalissimus –Çin diktatoru Çan Kayşi və İspaniya diktatoru Franko hələ sağ idi.
YENİ RÜTBƏ NİYƏ STALİNİN XOŞUNA GƏLMƏYİB?
Stalin generelissimus olan dövrdə Sovet İttifaqında qızıl və brillianta bərabər ulduz daşıyan 11-i Sovet İttifaqı marşalı olmaqla 31 marşal və donanma admiralı var idi.
Bu baxımdan da generalissimus öz xarici görünüşünə görə onlardan fərqlənməli idi. Stalinə tikilən və boyunun ardına qədər uzanan dik yaxalığı olan generalissimus mundiri Birinci Aleksandr dövründəki mündiri xatırladırdı. Belə bir arxaik mündirin müasir qızılı lampaslı (şalvarın yanlarına tikilən rəngli parça zolağı) şalvarı var idi.
İntendantlar həmin forma ilə Stalinin yanına gələndə xoşu gəlmədiyindən o qəzəblənmiş halda həmin formanın dərhal gözünün qabağından aparılmasını əmr edib.
Bu rütbə Sovet İttifaqında təsis edilməsinin 35 illiyində Stalinə verilsə də, o, ömrünün sonuna qədər adamların qarşısına marşal formasında çıxıb.
Amma Stalinə verilən generalissimus rütbəsi hələ Çar Rusiyası dövründə köhnəlmiş hesab edilib və rus sərkərdəsi Suvorovdan sonra bu rütbə heç kimə verilməyib. Bir də latıncadan «ən birinci» mənasını verən generalissimus rütbəsinə hərbi rütbə demək də bir qədər çətin idi. Bu, insanın hərbi qüvvələrdəki vəziyyətindən çox onun tutduğu vəzifəyə uyğun bir ad idi.
Elə bu keyfiyyətlərlə də həmin rütbə Birinci Pyotr tərəfindən Rusiyaya gətirilib.
STALİN BU RÜTBƏYƏ LAYİQ İDİMİ?
İlk təyinat mübahisəsiz idi. Stalin partiyanın və hökumətin başçısı idi. O, 1941-ci il iyulun 10-dan ölkənin hərbi qüvvələrinə də rəhbərlik edirdi və bu baxımdan o doğurdan da ən birinci adam idi.
Amma generalissimus rütbəsinin sövet dövründəki statusunda deyilirdi ki, bu rütbə yalnız silahlı qüvvələri idarə edən ən yüksək rütbəli səxsə yox, o cümlədən müharibə dövründə dövlətin bütün qüvvələrinə rəhbərlik işində xüsusi nəzərə çarpan xidmətlər göstərən şəxslərə verilir.
Stalinin belə «xüsusi nəzərəçarpan» xidmətləri var idimi? Bəlkə də yox.
Amma buna ən yaxşı cavabı Stalin özü verib.
Stalin bu cavabı ona generalissimus rütbəsinin verilməsi təklifindən hələ bir ay əvvəl, 1945-ci il mayın 24-də Qızıl Ordu qoşunlarının komandanları şərəfinə düzənlənən qəbulda verib:
«Bizim hökumətin az səhvləri olmayıb, 1941-42-ci illərdə ümidsizlik anları olub.Onda bizim ordu geri çəkilib, bizə doğma olan kəndləri, Ukraynanın, Belorusiyanın, Moldovanın şəhərlərini, Leninqrad vilayətini, Pribaltikanı, Karelo-Fin Respublikasını tərk edib. Ona görə ki, bizim tərk etməkdən başqa yolumuz yox idi. Başqa xalq hökumətə deyə bilərdi ki, «siz bizim gözləntilərimizi doğrultmadınız. Kənara çəkilin biz başqa bir hökumət qurarıq». Amma rus xalqı buna getmədi. Rus xalqının sağlığına», - deyə Stalin bildirib... /Svodoba.ru/
Tərcümə etdi: Maarif Çingizoğlu