Nobel mükafatlı Amerika yazıçısı Con Steynbekə məxsus əşyaların, əlyazmaların hərraca çıxarılacağı xəbəri yayılanda bəzi Amerika qəzetləri bunu “xəzinə” kimi təqdim etmişdilər.
Bəlkə də burda qəribə bir şey yoxdur, Steynbek bütün dünyada tanınır, Azərbaycanda da yəqin ədəbiyyatsevərlər arasında onun “Mirvari” hekayəsini oxumayan çətin tapılar.
Amma hərracın yekunları hamını təəccübləndirib. Gözlənilən 200 min dollar əvəzinə cəmi 73 min dollar. Hərraca çıxarılan 50 əşyadan yarısına maraq göstərən olmayıb. Satılmayan əşyalar arasında yazıçının Nobel nitqinin makinə yazısı da var.
Steynbek mükafata 1962-ci ildə layiq görülüb. Yazıçının məktub, əlyazma və şəkilləri də gözləniləndən xeyli aşağı qiymətə satılıb.
Yazıçının qlobusu və stulu 2000-3000 dollar arası qiymətləndirilsə də, onlara 1800 dollardan artıq verən olmayıb.
Əşyaların çoxunu, o cümlədən yazıçının stul, qlobus, eynək, portmanatını, film və audioyazı arxivini, öz redaktoru ilə yazışmasını, milliyyətcə irland anasının nəsli haqqında yazısını Salinasdakı (ABŞ) Milli Steynbek Mərkəzi alıb.
Steynbekə məxsus əşyaları onun 2003-cü ildə, yəni özündən 35 il sonra dünyasının dəyişmiş üçüncü arvadının varisləri hərraca çıxarıblar.
Bundan bir neçə gün qabaq isə Nyu-Yorkda Christie's hərracında Nobel mükafatlı başqa bir Amerika yazıçısı Uilyam Folknerə aid şəxsi əşyalar və imzaladığı kitabları hərraca çıxarılıb, satışdan ümumilikdə 833 min dollar qazanılıb.
Proqnoz təxminən 1 milyon dollar idi.
Christie's hərracında ən baha qiymətə yazıçının “Absalom, Absalom!” kitabı satılıb – 85 500 dollara. Halbuki kitabın təxminən 40-60 min dollar arası qiymətə satılacağı güman edilirdi.
Christie's nə Folknerə məxsus əşyaları satanın, nə də Amerikada onu alanın adını açıqlayıb.