Qırğızıstanda yeni konstitusiya ilə bağlı referendum keçirilib.
Referendumun gedişini 200-ə yaxın xarici müşahidəçi izləyib.
Məlumatlara görə seçicilər ölkənin şimalında daha çox fəallıq göstəriblər.
Müvəqqəti hökumətin lideri Roza Otunbayeva ölkənin cənubundakı Oş şəhərində səs verərkən bildirib ki, seçicilər indi ölkədə sabitliyə, qanunu hakimiyyətə səs verirlər.
Referendumun ilkin nəticələri iki gündən sonra, yekun rəsmi nəticələr isəbir həftədən sonra bəlli olmalıdır.
Yeni konstitusiya layihəsində prezidentin səlahiyyətlərinin azaldılması,ölkədə parlament üsul-idarəsi yaradılması nəzərdə tutulur.
Roza Otunbayeva bildirib ki, referendumdan sonra ölkənin cənubundakı Oş və Calalabad vilayətlrədində komendant saatı yenidən bərpa olunacaq.
Son rəsmi məlumatlara görə bu yaxınlarda ölkənin cənubunda baş verən işğtişaşlarda ölənlərin sayı isə 283-ə çatıb.
Qeyri-rəsmi məlumatlara görə ölənlərin sayı 2 minə çata bilər.
Qırğızıstanın sərhəd xidməti bu iğtişaşlar zamanı qonşu Özbəkistana keçmiş 75 380 qaçqının geri döndüyünü xəbər verir.