Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:43

Azərbaycan rəsmilərinə rüşvət vermə ittihamı geri götürülüb


Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
Devid Pinkerton artıq cinayət törətməkdə şübhəli bilinmədiyini eşidər-eşitməz Morristaundakı evini tərk edib.

Devid Pinkerton Xarici Korrupsiya Haqqında Aktı pozaraq Azərbaycanın yüksək rütbəli rəsmilərini rüşvətlə ələ alma planında iştirak etməkdə ittiham olunanlardan biridir.

Bu ittihama görə, 1998-ci ildə çex investoru Viktor Kojeni, «Dooney & Bourke» şirkətinin həmtəsisçisi Frederik Burk başda olmaqla bir qrup investor Azərbaycan rəsmilərinə bir neçə yüz milyon dollarlıq nağd pul, səhm, başqa hədiyyələr verməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq və bu hərracda külli qazanc götürmək planını həyata keçiriblər. Xarici Korrupsiya Aktına görə, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət vermək, yaxud təklif etmək cinayət hesab olunur.

İnvestorlardan biri kimi Amerika Beynəlxalq Qrupu MMC Sığorta şirkətinin rəhbəri Pinkerton da boşa çıxmış biznes sövdələşməsi üçün rüşvət ödədiyinə görə on il həbs cəzası ala bilərdi.

Keçmiş ABŞ büdcə direktoru Devid Stokman da heç bir izah olmadan və üzv istənilmədən üzərindən ittiham aktı götürülənədək - iki il eyni iş üzrə dələduzluqda günahlandırılıb. Ümumiyyətlə, 2006-cı ildən 2008-ci ilədək ABŞ iddiaçıları adı çəkilən iş üzrə 42 nəfərin üzərindən ittiham aktını geri götürüb.

EKSPERTLƏR TƏƏCCÜBLƏNİR


Ekspertlərə görə isə bu məsələ ilə bağlı bir çox məhkəmə işlərinin iflası təəccüblü görünür, çünki ABŞ iddiaçıları, güman ki, ittihamdan öncə faktları və qanunu diqqətlə araşdırır. Nəticə etibarilə isə azı 5 ittiham aktı geri qaytarılıb, daha sonra isə ləğv olunub.

«Bu məni təəccübləndirir və mənə qeyri-adi görünür», - Duke Universitetindən hüquqşünas professor Samuel Buell belə deyir. Buell deyir ki, azad etmələrin artan sayı bəzi korporativ məsələlərdə sövdələşmələrin olması ilə bağlı ola bilər ki, bu cür qarışıq məsələlərin üstünü açmağın öhdəsindən hətta baş ittihamçılar da gələ bilmirlər.

Azərbaycanla sözü gedən sövdələşmə sonda baş tutmayıb, 1999-cu ildə Azərbaycan rəhbərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətini satmadıqlarını bəyan ediblər. İnvestorlar, o cümlədən də Amerika Beynəlxalq Qrupu MMC Sığorta şirkətinin rəhbəri Pinkerton bu işin başında dayanan Viktor Kojenini onların investisiyalarını mənimsəməkdə ittiham ediblər. Kojeni isə bu ittihamları rədd edib və deyib ki, bu ittiham qəbuledilməzdir, çünki Amerika Beynəlxalq Qrupu MMC Sığorta şirkəti və digər investor Omeqa Məsləhətçiləri İnvestisiya Fondu da Azərbaycanın yüksək rütbəli rəsmilərini rüşvətlə ələ alma planında ona qoşulublar, bu da ABŞ-ın antikorrupsiya qanunlarına ziddir.

Hazırda Viktor Kojeni ABŞ-ın ədalət məhkəməsindən gizlənir, Baham adalarında yaşayır. Rəsmi Bakı isə həmişə Kojenidən hər hansı bir rüşvət alınmasını təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG