Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:23

«Gönüllərdə çiçək açan Stalinə»


«Azərbaycan aşıqlarının yaradıcılığı gündən-günə inkişaf etməkdədir. Revolusiyadan qabaq ələm, kədər, qüssə ilə dolu mahnılar oxuyan, xanların, bəylərin, insan əməyini vəhşicəsinə istismar edildiyi zülmdən, əziyyətdən haray çəkən, yoxsulların dərdinə yanan, azad sevginin boğulmasına qarşı üsyan edən, bəzən də əlacsız qalıb, əfsanələr söyləyən aşıqlar, indi sovetlər, bolşeviklər partiyası haqqında, kolxozlar, sovxozlar haqqında, varlı, qultur, xoşbəxt həyat haqqında şən nəğmələr oxuyurlar».

Bu, «Kommunist» qəzetinin 1937 – ci il 1 mart tarixli sayında «Aşıqlarımızın yaradıcılığında dönüş» adlı məqalədəndir. Məqaləni Hümmət Əlizadə hazırlayıb:

«İndi aşıqlarımız ilk sözlərini revolusiya loqomotivinin böyük maşinistləri, əməkçi bəşəriyyətin ulu rəhbərləri Lenin və Stalinin şərəfinə söyləyir və sazlarının ilk telini onların şərəfinə səsləndirirlər.

Söylədikləri mahnılardan göründüyü kimi aşıqlarda fikir, ideya və mövzu intixabı getdikcə dəyişir. Onlar artıq sosializmin böyük qələbələrindən, bu qələbələri əldə edənlərdən bəhs edirlər. Onlar zərbəçi haqqında deyirlər:

Zərbəçi qadınlar, qoçaq bacılar!
Gərəkdir qalmasın dala zərbəçi
Təmiz dərin qozalardan pambığı
Qoymayın bir dənə qala zərbəçi!


Tənbəlləri isə belə biabır edirlər:


Hər yerdə görürlər karı, tənbəli,
Qoy utansın, ölsün barı tənbəli
Arvadı tənbəli, əri tənbəli
Görüm tutsun yaman bəla, zərbəçi.

«LENİN VƏ STALİNƏ ƏN SƏMİMİ QOŞMALAR QOŞURLAR»


Aşıqlar yeni quruluşu təsvir etdikləri və bu quruluşda özlərinin yaxından iştirakını göstərdikləri kimi sosializm quruluşuna ilham verən və bu quruluşun böyük qurucuları olan böyük insanlara, ulu Lenin və Stalinə ən səmimi qoşmalar qoşurlar:

Gənc aşıq Səfdər:

Məzlum millətləri azad elədin
Qoydun bu cahanda nişanə, Lenin
Yeni yaşayışı icad elədin
Verdin əsgi günü tufana, Lenin,

deyə dünya əməkçilərinin azadlığı uğrunda bütün ömrü boyu çalışmış, məzlum millətlərin qardaşlığını yaratmış dahi Leninə öz məhəbbət və səmimiyyətini bildirir.

«GÖNÜLLƏRDƏ ÇİÇƏK AÇAN STALİNƏ»


Xalqların ulu rəhbəri, gönüllərdə çiçək açan Stalinə:

Dünya rəhbərisən, ölkə dayağı
Adın var dağlardan uca Stalin
Bir işıq salıbsan cümlə cahana,
Getdi o qaranlıq gecə, Stalin!

deyən aşıqlar məzmunlu, dolğun, saf, səmimi qoşmalar qoşur və ulu rəhbərin adını sədəfli sazlarda çalıb, şən və bəxtiyar həyat sürən ellərə səs salırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG