Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:56

Qırğızıstanda referendum keçirilir


Bu gün Qırğızıstanda yeni konstitusiya ilə bağlı referendum keçirilir.

Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Oşda səs verib.

Referenduma görə ölkədə xüsusilə də Oş və Calalabad vilayətlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Oşda komendant saatı ləğv edilib.

Son rəsmi məlumata görə bu yaxınlarda ölkənin cənubunda baş vermiş iğtişaşlarda 275 adam ölüb.

Qırğızıstanın sərhəd polisi iğtişaşlar zamanı qonşu Özbəkistana keçmiş 75 380 qaçqının geri döndüyünü xəbər verir.
XS
SM
MD
LG