Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 19:34

Azadlıq"ın müxbiri barışıqdan imtina etdi


İyunun 25-də “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində müstəntiq Etibar Mahmudovla görüşüb. Jurnalist “Media forum” saytına açıqlamasında deyib ki, ona hücum edən Yalçın Əzizova cinayət işinin başlanması üçün ərizə yazıb. Natiq Ədilov deyir ki, iyunun 16-da Bakıda, Səbail rayonunda, 20-ci sahədə Yalçın Əzizov adlı şəxsin hücumuna məruz qalıb. Qarşı tərəf bunun əksini iddia edir. Jurnalist hadisədən sonra dərhal polisə müraciət etmiş və bu iş üzrə təhqiqat başlamışdı.
Natiq Güləhmədoğlunun sözlərinə görə, Məhkəmə-Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyi onun barəsində rəyi polis bölməsinə təqdim edib: “Rəydə qeyd olunub ki, yanağımın iç hissəsində qançırlar müşahidə edilir. Təəssüf edirəm ki, tibbi ekspertiza Yalçın Əzizova da rəy verib. Guya qarın nahiyəsində çızıqlar var. Halbuki həmin gün özümü müdafiə məqsədilə yalnız qaçmışam, Yalçına barmağımın ucu ilə belə toxunmamışam”.

Jurnalist Yalçın Əzizovun da iyunun 16-da ona qarşı şikayət ərizəsi verdiyini xatırladıb: “Amma bilmirəm ki, o, cinayət işinin başlanması üçün bölməyə ərizə verib, ya yox. Müstəntiq mənə bildirdi ki, barışmaq hüququnuz var və ondan istifadə edə bilərsən. Amma mən barışıqdan imtina etdim”.
XS
SM
MD
LG