Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Lənkəranda yollar bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyevin Lənkərana səfəri ilə bağlı şəhərdə yollar bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. Bakı-Astara yolu isə bir neçə saat bağlı olub.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Lənkəranda mağaza və çayxanalar da bağlanıb, həmçinin qonşu rayonların polis heyəti də Lənkərana çağırılıb.

Prezidentlə görüş zamanı şikayətçiləri dövlət başçısının yaxınlığına buraxmayıblar.

Prezident İlham Əliyev Lənkərana iyunun 25-də gedib. Prezident Lənkəranda yeni tikilmiş obyektlərin açılışında iştirak edib, şəhər sakinləri ilə görüşüb.
XS
SM
MD
LG