Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:39

Səfirlər dəyişdi


Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarında bir sıra kadr dəyişiklikləri edib.

Əliyev Lətif Qəndilovu Azərbaycanın Qazaxstandakı səfiri vəzifəsindən azad edib. Bu vəzifəyə əvvəllər Azərbaycanın Türkiyədə və eyni zamanda Makedoniyada Azərbaycanın səfiri vəzifəsində çalışmış Zakir Həşimov təyin edilib.

Türkiyədə Azərbaycan səfiri vəzifəsinə əvvəllər Misirdə səfir və Ərəb Dövlətləri Liqasında daimi müşahidəçi olmuş Faiq Bağırov təyin edilib. Misirdə əvvəllər Küveytdə səfir olan Şahin Abdullayev səfir təyin edilib.

Küveytdə isə əvvəllər Azərbaycanın Türkiyə və Rumıniyadakı diplomatik missiyalarında çalışan Turan Rzayev səfir olacaq.
Rzayev Azərbaycan Yazıçılar İttifaqının sədri Anarın oğludur. (Turan)

XS
SM
MD
LG